İŞİD-in tanınmış üzvləri ələ keçirildi

İŞİD-in tanınmış üzvləri ələ keçirildi

ABŞ Mərkəzi Komandanlığının qüvvələri sentyabrın 28-də Suriyanın şimalında əməliyyat keçirib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, əməliyyat zamanı İŞİD-in tanınmış üzvlərindən biri, təşkilata vasitəçilik edən Məmdux İbrahim əl-Hacı Şeyxi ələ keçirilib.

Bundan başqa Mərkəzi Komandanlıq qüvvələri Suriyada İŞİD üzvü, əməliyyat məsələləri və dəstək ilə məşğul olan Əbu Xəlil əl-Vatanini ələ keçirdiklərini açıqlayıb.

Açıqlamada hər iki əməliyyatda mülki vətəndaşların xəsarət almadığı və ölən olmadığı bildirilib.

Cebhe.info