İsrail Baş Qərargah rəisi: Atəşkəsdən sonra qüvvələrimiz döyüşlərə hazırdır

İsrail Baş Qərargah rəisi: Atəşkəsdən sonra qüvvələrimiz döyüşlərə hazırdır

Müvəqqəti atəşkəs yaxın günlərdə başa çatdıqdan sonra İsrail qüvvələri döyüşləri davam etdirməyə hazırdır.

APA "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Herzi Halevi çıxışında deyib.

"İsrail Müdafiə Qüvvələri bu gün döyüşü davam etdirməyə hazırdır. Biz möhlət günlərindən (girovların azad edilməsi ilə bağlı müvəqqəti atəşkəs - red.) öyrənmək, hazırlığı gücləndirmək və əməliyyat planlarını təsdiqləmək üçün istifadə edirik", - Halevi bildirib.

"Biz HAMAS-ı məhv etmək üçün mübarizəni davam etdirməyə hazırlaşırıq. Bunun üçün vaxt lazımdır, bunlar mürəkkəb məqsədlərdir, lakin heç bir şey bundan daha ədalətli ola bilməz", o əlavə edib.

Cebhe.info