İsrail hərbi nəzarət məntəqəsi qurub
İsrail əsgərləri Suriyanın cənubunda yerləşən Kuneytra bölgəsinin kəndlərindən birində – Sımdaniyyə əl-Qərbiyyə kəndində hərbi nəzarət məntəqəsi qurublar.
"Cebheinfo.az" xəbər verir ki, Suriya dövlət televiziyası "Əl-İhbariyyə"-nin yaydığı xəbərə görə, İsrail ordusu Kuneytra kəndlərindən birində 3 hərbi nəqliyyat vasitəsindən ibarət nəzarət məntəqəsi yaradıb. Məlumata əsasən, bu məntəqədə yoldan keçən şəxslər yoxlanılır.
Nigar Hacılı
"Cebheinfo.az"


