İsrail jurnalistləri qəsdən öldürür?

İsrail jurnalistləri qəsdən öldürür?

Fələstin İnsan Haqları Mərkəzi İsrailin 7 oktyabr 2023-cü il tarixindən Qəzzadakı hadisələri ictimaiyyətə çatdırmamaq üçün jurnalistləri qəsdən öldürdüyünü açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Qəzzada  yerləşən müstəqil qeyri-kommersiya təşkilatı olan Fələstin İnsan Haqları Mərkəzi İsrail ordusunun Qəzzada jurnalistləri hədəf alması ilə bağlı bəyanat yayıb.

İsrail ordusunun Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərində evlərinin yaxınlığında gəzən fələstinli jurnalist, onun həyat yoldaşı və qızının "sui-qəsd cinayəti" törətdiyi bildirilir.

Bildirilib ki, Qəzzada jurnalistlərin hədəfə alınması və öldürülməsi bu qətllərin şübhəsiz ki, qəsdən törədildiyini göstərir.

Bəyanatda, İsrailin Qəzzada olan jurnalistləri “onları qorxutmaq və tükəndirmək, həqiqəti dünyaya çatdırmaqdan çəkindirmək və Qəzzada mülki əhalini hədəf alan soyqırımı ört-basdır etmək üçün” qəsdən hədəf aldığı və Qəzzada jurnalistlərin İsrail tərəfindən həyata keçirilən soyqırımın bir hissəsi olaraq hədəf alındığı qeyd edilib.

2023-cü il oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayının "jurnalist ölümlərinin 1992-ci ildə qeydə alınmağa başlamasından bu yana ən yüksək rəqəm" olduğu vurğulanan bəyanatda İsrailin Qəzzada təşkil etdiyi hücumlarda öldürülən 213 jurnalistdən 13-nün qadın olduğu diqqətə çatdırılıb.

Nigar Hacılı 
"Cebheinfo.az"