İsrailə daxil olan terrorçuların sayı AÇIQLANDI

İsrail ordusunun hesablamalarına əsasən oktyabrın 7-də 800-dən 1000-dək terrorçu Qəzza zolağı ilə həmsərhəd hasarlarda açılmış 80-ə yaxın keçidlə İsrail ərazisinə keçib və 20 şəhər və 11 hərbi bazaya hücum edib.
Cebhe.info xəbər verir ki, bu barədə "Kan" radiostansiyası məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrail ərazisinə raket zərbələri endirilib.
Eyni zamanda İsrailə sızan silahlı qruplaşmalar İsrail ordusu ilə toqquşub. Bundan qısa müddət sonra İsrail Müdafiə Qüvvələri Fələstin anklavından edilən hücumlara cavab olaraq "Dəmir qılınc" əməliyyatına başladıqlarını açıqlayıb.
“Times of Israel” qəzetinin məlumatına görə isə, İsrailin cənubunda, Qəzza zolağı sərhədinə yaxın altı bölgədə terrorçularla aktiv toqquşmalar davam edir.
Nigar Hacılı
Cebhe.info