İtaliya Ukraynaya qoşun göndərməyəcək

İtaliya Ukraynaya qoşun göndərməyəcək

İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmə ehtimalını təkrarlamasından sonra İtaliyanın Ukraynaya qoşun göndərməyəcəyini bir daha bəyan edib.

"Cebhe.info" xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Britaniyanın “The Economist” jurnalına verdiyi müsahibədə Fransanın Ukraynaya qoşun göndərmə ehtimalını istisna etmədiyini, Rusiyanın Ukrayna cəbhə xəttini keçəcəyi və Kiyevin hərbi dəstək istəyəcəyi təqdirdə bu ehtimalın gündəmə gətirilə biləcəyini bildirib.

İtaliya Baş nazirin müavini və xarici işlər naziri Antonio Tajani Reggio Calabria şəhərində jurnalistlərə bunu deyib: “Biz həmişə Rusiya dedik ki, biz müharibə etmirik. Ona görə də biz İtaliya əsgərlərini Ukraynaya döyüşməyə göndərməyəcəyik. Biz Ukraynanın müstəqil dövlət olmaq hüququnu müdafiə edirik. Amma təkrar edirəm. Biz Rusiya ilə müharibə aparmırıq”.

Sağçı koalisiya hökumətinin Baş nazirinin digər müavini və nəqliyyat infrastrukturu naziri və ifrat sağçı Liqa Partiyasının lideri Matteo Salvini də Makronun Ukraynaya hərbi qoşun göndərmə ehtimalını təkrarlamasına "X" platformasında bir yazı ilə sərt reaksiya verib:

"İtalyan əsgəri heç vaxt Makron üçün ölməyəcək".

Nigar Hacılı 
"Cebhe.info"