İYİ Partiya: “Sürpriz namizədlərimiz olacaq”

Türkiyədəki siyasi partiyalar gələn il keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqlarını davam etdirir.
Cebhe.info xəbər verir ki, İYİ Partiyadan da növbəti dəfə seçkilərlə bağlı açıqlama gəlib.
Partiyanın mətbuat katibi Kürşad Zorlu sürpriz namizədlərinin olacağını elan edib:
“Namizədlərin müəyyən edilməsi ilə bağlı komissiya quracağıq. Sürpriz namizədlərimiz olacaq. Çalışmalarımız davam edir. Ankara və İstanbulda bura daxildir. Namizədlərimizi müəyyən edəndə ictimaiyyətə açıqlayacağıq. İYİ Partiya öz namizədlərini müəyyən edərək, yeni alternativ təqdim etmə hədəfi ilə böyük bir həyəcanla dönəcək”.
Qeyd edək ki, mart ayında keçiriləcək seçkilərdə İYİ Partiyanın məşhur şəxslərin namizədləyini irəli sürəcəyi gözlənilir. Bu cəhətdən ilk anlaşma sevilən müğənni Mustafa Sandalla olub.
Elmir Mustafa
Cebhe.info