Jurnalistlə Putinin görüşünə kim mane olub?

Amerikalı televiziya jurnalisti Taker Karlson İsveçrənin “Die Weltwoche” jurnalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putindən müsahibə almaq istədiyini, lakin ABŞ-ın yüksək rütbəli rəsmiləri onun cəhdlərinin qarşısını aldığını bildirib.
Cebhe.info bu barədə xarici mediaya istinadən xəbər verir.
"Fox News"-un keçmiş aparıcısı Karlson İsveçrə mediasına verdiyi müsahibədə qeyd edib ki, Vladimir Putinlə müsahibə almağa çalışıb, amma ABŞ hökuməti buna mane olub.
ABŞ xəbər mediasında heç kimin onu müdafiə etməməsindən şikayətlənən Karlson, Rusiya liderinin Ukrayna münaqişəsi ilə bağlı dediklərini eşitmək hüququnun olduğunu təkid edib.
Karlsonun sözlərinə görə, onilliklər ərzində ABŞ-ın yüksək vəzifəli məmurları tərəfindən xəbər mediasına nəzarət etmək üçün aqressiv cəhdlər olub.
O, jurnalistlərin “hökuməti idarə edənləri narahat edəcək bir şey söyləməkdən” qorxduğunu da bildirib.
Nigar Hacılı
Cebhe.info