Kanadalı nazirlər Amerikaya gedəcəklər

Kanadanın xarici işlər naziri Melani Koli və maliyyə naziri Dominik Leblan ABŞ-nin seçilmiş prezidenti Donald Tramp administrasiyasının üzvləri ilə görüşmək üçün cümə günü ABŞ-yə gedəcək.
"Cebheinfo.az" "TASS"a istinadən xəbər verir ki, bu barədə “CTV” televiziyası məlumat yayıb.
Telekanal Kanada maliyyə nazirinin sözçüsü Jan-Sebastyen Komoya istinadən xəbər verir ki, Koli və Leblan Kanadanın Baş naziri Castin Trüdonun Floridadakı Mar-a-Laqo iqamətgahında Trampla müzakirə etdiyi məsələlər üzrə məsləhətləşmələri davam etdirmək niyyətindədirlər.
“Fox News”un məlumatına görə, Tramp açıq şəkildə Trüdoya Kanadadan gətirilən mallara idxal rüsumlarının tətbiq ediləcəyini deyib.
Nigar Hacılı
"Cebheinfo.az"