Keçmiş nazir həbs olunacaq

Keçmiş nazir həbs olunacaq

Nigeriyanın İqtisadi və Maliyyə Cinayətləri Komissiyası (EFCC) korrupsiyada ittiham olunan və xaricə qaçan keçmiş neft naziri Diezani Alison-Madueke haqqında həbs qərarı verib.

Cebhe.info xəbər verir ki, bu barədə "EFCC" tərəfindən verilən açıqlamada bildirilib.

Məlumatda İngiltərədə tutulan Alison-Madueke haqqında həbs qərarı çıxarıldığı və onun Nigeriyaya qaytarılması prosesinin başladığı deyilir.

Bəyanatda qeyd olunub ki, Alison-Madueke Antikorrupsiya Agentliyi tərəfindən ona qarşı irəli sürülən korrupsiya və "çirkli pul"ların yuyulması da daxil olmaqla, 13 ittiham üzrə mühakimə olunacaq.

Xatırladaq ki, Alison-Madueke keçmiş prezident Qudlak Conatanın hakimiyyəti dövründə 2010-2015-ci illər arasında neft naziri vəzifəsində çalışıb. Korrupsiyada ittiham olunan Alison-Madueke hələ 2015-ci ilin oktyabrında İngiltərədə müalicə alarkən verdiyi açıqlamada nazir vəzifəsində işləyərkən bəzi səhvlərə yol verdiyini etiraf etmiş, lakin korrupsiya iddialarını rədd etmişdi.

Nigar Hacılı
Cebhe.info