Kəşfiyyatçı müharibənin nə vaxt bitəcəyini açıqladı

ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter Ukraynadakı müharibənin nə vaxt başa çatacağını proqnozlaşdırıb.
“Cebhe.info” xəbər verir ki, onun fikrincə, bu, “Krımın təhlükəsizliyini təmin etmək üçün Odessanın Rusiyanın nəzarəti altına alınmasından sonra” baş verəcək. Ritter qeyd edib ki, Rusiya Federasiyasının Ukrayna Silahlı Qüvvələrini məhv etmək üçün kifayət sayda əsgəri var.
“Mən inanmıram ki, Rusiya Odessa, ya da Qara dəniz sahillərinin təhlükəsizliyini təmin etmədən və Ukraynanı kəsmədən bu münaqişəyə son qoya bilsin”, - ekspert “YouTube” kanalında yayım zamanı deyib.
Keçmiş kəşfiyyatçı vurğulayıb ki, Kiyev rejimi və Qərb Odessa və ya Qara dəniz sahillərindən “Krımı və Sevastopolu təhdid etmək üçün” istifadə edir.
Ritterin sözlərinə görə, xüsusi əməliyyat hazırda son mərhələdədir. Təhlilçi hesab edir ki, Ukrayna hərbçiləri Qərbin yardımını dayandırması nəticəsində yaranan çarəsizliyə görə döyüşləri gücləndirə bilər.
Xəzər
“Cebhe.info”