KİV: Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru mayda Çinə gizli səfər edib

KİV: Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru mayda Çinə gizli səfər edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns mayda Çinə gizli səfər edib və bu səfər zamanı Çin kəşfiyyatının nümayəndələri ilə görüşüb.

APA-nın Britaniya bürosunun xəbərimə görə, bu barədə “Financial Times” qəzeti yazıb.

“Uilyam Berns keçən ay Pekinə səfər edib və orada çinli həmkarları ilə görüşüb və kəşfiyyat kanalları vasitəsilə açıq kommunikasiya xətlərinin saxlanmasının vacibliyini vurğulayıb”, - məqalədə qeyd edilib.

Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məlumatı şərh etməkdən imtina edib.

Cebhe.info