Litva prezidenti Zelenskini Duda ilə görüşdürdü

Litva prezidenti Zelenskini Duda ilə görüşdürdü

Ukrayna və Polşanın dövlət başçıları Volodimir Zelenski və Anjey Duda Litva prezidenti Gitanas Nausedanın vasitəçiliyi ilə Nyu-Yorkda görüşüblər.

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, danışıqlar zamanı Ukrayna taxılının Polşa vasitəsilə daşınmasının sadələşdirilməsi və Litva ərazisindən tranzitin artırılması müzakirə olunub.

Nausda ölkələr arasında fikir ayrılıqlarının mümkün qədər tez həll edilməli olduğunu vurğulayıb:

“Ukrayna və Polşa arasındakı fikir ayrılıqları ümumi, ən vacib məqsəd naminə mümkün qədər tez həll edilməlidir - Avropanı Rusiyanın təcavüzkar siyasətindən qorumaq. Dəstək verməkdə Polşanın mövqeyi müstəsnadır. Həll yolları tapılmalıdır, çünki böhranın daha da dərinləşməsi məsuliyyətsizlik olardı”.

Həmçinin məlum olub ki, Polşanın baş naziri Mateuş Moraveyskinin Ukraynaya silah göndərilməsinin dayandırılması ilə bağlı bəyanatı Polşa Xarici İşlər Nazirliyi üçün sürpriz olub, çünki o, bunu departamentlə əlaqələndirməyib.

Cebhe.info