Lukaşenkonun andiçmə mərasiminin vaxtı açıqlandı

Belarus prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi bu il martın 25-də keçiriləcək.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə həmin ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Xatırladaq ki, prezident Lukaşenko bu il yanvarın 26-da keçirilən seçkilər nəticəsində növbəti müddətə Belarus prezidenti seçilib.
"Cebheinfo.az"