Macarıstanın Baş naziri: “Ərdoğanın qələbəsi üçün dua etdim”

Macarıstanın Baş naziri: “Ərdoğanın qələbəsi üçün dua etdim”

“Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi üçün dua etdim”.

“Report” “EFE” nəşrinə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Macarıstanın Baş naziri əmindir ki, Ərdoğanın məğlubiyyəti fəlakətlə nəticələnəcək.

“Kılıçdaroğlu qalib gəlsəydi, milyonlarla qaçqın Avropaya axışacaqdı və Rusiyadan Macarıstana qaz nəqlində problemlər yaranacadı”.

O, Kılıçdaroğlunu Corc Sorosla əlaqədə ittiham edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığında avropalı siyasətçini andiçməsinə dəvət edib.

Cebhe.info