Makron Paşinyanı ayağına çağırdı
Fransa Prezidenti Emmanuel Makronun sentyabrın 21-də Ermənistana gözlənilən səfəri təxirə salınıb.
“Cebheinfo.az”-ın məlumatına görə, bunun səbəbini Fransanın Ermənistandakı səfiri Olivye Dekotini açıqlayıb.
“Təxminən 10 gündən sonra Fransa hökumətinin Baş nazir Nikol Paşinyanı iştiraka dəvət etdiyi Viller-Koter şəhərində 19-cu Frankofoniya sammiti keçiriləcək. Sammit Ermənistan üçün strateji əhəmiyyət kəsb edir, çünki siyasi, hərbi, mədəni və digər sahələrdə çoxsahəli əməkdaşlıq gözlənilir”,-deyə səfir bildirib.
Onun sözlərinə görə, bu məsələ Fransanın xarici işlər naziri Stefan Sejurnenin səfəri zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Baş nazir Nikol Paşinyanla keçirilən görüşlərdə müzakirə olunub.
Qeyd edək ki, sammit oktyabrın 4 və 5-də Fransanın Viller-Koter və Paris şəhərlərində baş tutacaq.
Müşfiq Abdulla
“Cebheinfo.az”