"Mavi kart": Almaniyada iş izni necə əldə edilir?

"Mavi kart": Almaniyada iş izni necə əldə edilir?

2022-ci ildə universitet və kollec məzunlarının istifadə etdiyi "Mavi kart"la Almaniyaya əmək miqrasiyasının nəticələri açıqlanıb.

"Mavi kart" nədir, onu əldə etmək üçün hansı şərtlər var?

Cebhe.info xəbər verir ki, gəliri müəyyən səviyyədən yuxarı olan universitet və kollec məzunları üçün nəzərdə tutulan "Mavi kart"la Almaniyaya ixtisaslı işçi miqrasiyasında Hindistan birinci, Türkiyə isə ikinci yerdə qərarlaşıb.

Avropa İttifaqı (Aİ) tərəfindən qüvvəyə minən və ilk növbədə dörd il müddətinə işləmək və yaşamaq icazəsi verən, lakin istənildiyi təqdirdə qeyri-məhdud yaşayış və iş icazəsinə çevrilə bilən tətbiq, Aİ üzvü olan dövlətlərdən başqa ixtisaslı işçi miqrasiyasının yolunu açmaq üçün verilir.

Almaniya İmmiqrasiya və Qaçqınlar İdarəsinin (BAMF) verdiyi məlumata görə, "Mavi kart" müəyyən müddət ərzində etibarlı olsa da, qeyri-məhdud yaşayış və iş icazəsinə çevrilə bildiyi üçün əmək miqrasiyasında yaşayış və iş icazəsi almağın ən sərfəli üsullarından biridir.

Bundan əlavə, "Mavi kart"la gələn immiqrant ailə üzvlərini Almaniyaya daha rahat gətirə bilər.

"Mavi kart" almaq üçün hansı şərtlər var?

"Mavi kart"la Almaniyada yaşamaq və işləməklə bağlı bu imtiyaz üçün müraciət etməyin ən asan yolu Almaniya universiteti və ya kollec diplomuna sahib olmaqdır.

Bu, Almaniyada ali təhsil almış immiqrantlar üçün yaxşı alternativdir. Almaniyadan kənarda alınmış və bu ölkədə etibarlı sayılan və ya müvafiq qurumlar tərəfindən tanınan diploma sahib olmaq da bir şəxsə "Mavi kart" hüququ verə bilər.

Diplomdan əlavə "Mavi kart" əldə etməklə Almaniyada işləmək və yaşamaq üçün digər şərt gəlir səviyyəsidir.

Reqlament sizin ildə 58 400 avro ümumi əməkhaqqı ilə iş tapmağınızı nəzərdə tutur. Bu mövzuda təcili kadr çatışmazlığı olan tibb, mühəndislik, riyaziyyat və ya buna bənzər sahələrdə iş tapılarsa, əldə ediləcək gəlir 45 min 552 ümumi əməkhaqqı və yuxarı olarsa, "Mavi kart" ilə Almaniyada işləmək və yaşamaq üçün müraciət etmək mümkündür.

Nə qədər etibarlıdır?

Prinsipcə "Mavi kart" ilkin olaraq dörd il etibarlıdır, lakin yaşlı əhalisinin çox olduğu bir çox Avropa ölkələrində olduğu kimi Almaniyada da qeyri-müəyyən yaşayış və iş icazəsinə çevriləcəyi aydındır.

2022-ci ildə Almaniyaya "Mavi kart"la gələn, orada işləmək və ya yaşamaq hüququ qazanan 89 min immiqrant olub. Bu, Almaniyaya köçən akademiklərin sayının əvvəlki ilə nisbətən 20 min artdığı deməkdir.

2022-ci ildə Almaniyaya "Mavi kart"la gələn ən çox qrup 26 min nəfərlə hindistanlılar olub. Onlar ikinci, 5900 immiqrantla Türkiyədən gələnlər ikinci yerdədir. üçüncü yeri 5 min 500 nəfərlə Rusiya vətəndaşları izləyir.

"Mavi kart" qüvvəyə mindiyi 2012-ci ildən keçən ilin sonunadək 200 000 akademikin Almaniyada işləmək və yaşamaq icazəsi üçün müraciət etdiyi əmək miqrasiyası proqramıdır.

Bildirilir ki, əvvəlcə 4 il müddətinə gələnlərin 83 faizi 5 ildən sonra hələ də Almaniyada yaşamağa və işləməyə davam edir. Xaricdən Almaniyaya tələbə kimi gəlib universiteti bitirdikdən sonra "Mavi kart" alanların nisbəti 55 faizdir.

"Mavi kart"la gəlib daimi yaşayış icazəsi alanlar 60 faizdir

Almaniya Statistika İdarəsinin məlumatlarına görə, 2012-2017-ci illər arasında "Mavi kart" ilə Almaniyada yaşamaq və işləmək icazəsi alan 68 min 900 birinci nəsil "Mavi kart" sahibinin 60 faizi 5 ildən sonra qeyri-məhdud yaşayış və iş icazəsi alıb.

"Mavi kart" sahiblərinin 11,3 faizi Almaniya vətəndaşlığını əldə etdiyi halda, 9 faizi hələ də "Mavi kart" sahibidir. 3,1 faiz daimi yaşayış yeri olduğu halda, 16,7 faiz artıq Almaniyada yaşamır.

Son 10 ildə Almaniyaya "Mavi kart"la gələnlərin ümumi sayı nəzərə alındıqda, Hindistan 22,4 faiz ilə ən böyük paya sahibdir.

Ondan sonra 8,7 faizlə Çin, 7,5 faizlə Rusiya gəlir. Maraqlıdır ki, son illərdə Türkiyədən "Mavi kart"la immiqrasiya artıb.

"Mavi kart", xüsusilə informatika, riyaziyyat, səhiyyə və mühəndislik kimi sahələrdə boşluqların aradan qaldırılmasını asanlaşdırmaq üçün 2012-ci ildə bütün Avropada qüvvəyə minib.

O vaxtdan bəri Almaniya da tələb olunan gəlir səviyyəsini aşağı salmaqla daha çox ixtisaslı işçi miqrasiyasını cəlb etməyə çalışır.

Mütəxəssislərin fikrincə, hər il 400 min insan Almaniyaya köçməsə, kadr boşluğunu aradan qaldırmaq mümkün olmayacaq.

Nigar
Cebhe.info