Meşə yanğınları ABŞ-ı öz çənginə alıb

ABŞ-nin Nyu-Meksiko ştatının Ruidoso kəndi yaxınlığında meşə yanğınlarının sürətlə yayılması nəticəsində 7800 insanın öz evlərini tərk etməsinə səbəb olub.
"Cebhe.info" xəbər verir ki, Nyu-Meksiko ştatının qubernatoru Mişel Lujan Qrişam meşə yanğınları ilə bağlı Ruidoso və qonşu yaşayış məntəqələrinin ərazilərində fövqəladə vəziyyət elan etdiklərini və bölgəyə əlavə Milli Qvardiya qoşunları göndərdiklərini açıqlayıb.
Qrişam yanğınlarda 500-dən çox tikilinin məhv olduğun və bir nəfərin isə öldüyünü bildirib.
Bundan əlavə, qubernator Qrişam yanğınlar ümumilikdə 80 kvadrat kilometrdən çox meşə sahəsini məhv etdiyini bildirib.
Yanğınlar səbəbilə təhlükəsizlik məqsədilə bölgənin böyük bir hissəsinə elektrik verilişi kəsilib.
Bölgədən 121 kilometr uzaqlıqda yerləşən Rosvel şəhərində çoxlu təxliyə mərkəzləri yaradılıb.
Meşə yanğınlarının əsas baş vermə səbəbləri hələlik bəlli deyil, faktla bağlı araşdırma aparılır.
Ləman İsmayıl
"Cebhe.info"