Məşhur liseydə dava: Ölən var

ABŞ-ın Şimali Karolina ştatında yerləşən məşhur liseydə baş verən davada şagirdlərdən biri ölüb, digəri isə ağır yaralanıb.
Cebhe.info xəbər verir ki, ştatın "Southeast Raleigh Magnet" liseyinin idman zalında şagirdlər arasında dava baş verib.
Dava zaman bıçaqlanan şagirdlərdən bir ölüb, digəri isə yaralanıb.
Raleigh polis rəisi Estella Patterson hücumla əlaqəli bir şübhəlinin saxlanıldığını və yaralının xəstəxanaya aparıldığını bildirib.
Nigar Hacılı
Cebhe.info