Ərdoğanı onlar MÜŞAYİƏT EDİR

Ərdoğanı onlar MÜŞAYİƏT EDİR

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Ərdoğan bu gün Naxçıvana gəlir.

Türkiyə Preizenti Azərbaycana böyük heyətlə gəldiyi məlum olub.

Türkiyə Cümhuriyətinin başçısını səfərdə XİN başçısı Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, energetika və təbii ehtiyatlar naziri Alpaslan Bayraktar, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, ticarət naziri Ömer Bolat, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Türkiyə PA-nın Kommunikasiya İdarəsinin başçısı Fahrettin Altun, Ərdoğanın baş müşaviri Akif Çağatay Kılıç, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik və digər şəxslər də müşayiət edəcək.

Xatırladaq ki, Türkiyə Prezidentinin Naxçıvan səfəri zamanı bir sıra böyük Naxçıvan-İğdır qaz kəmərinin təməli qoyulacaq.

Cebhe.info