Məşələri kim yandırır? - Nazirdən ilginc açıqlama

Məşələri kim yandırır? - Nazirdən ilginc açıqlama

Türkiyədəki meşə yanğınlarının 90 faizi insan faktoru ilə bağlıdır.

"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı “Anadolu” agentliyinin efirində deyib.

O bildirib ki, tarlaların yandırılması, siqaret kötüyünün açıq əraziyə atılması, meşəlik ərazilərdə manqalda bişirilən yeməklər meşə yanğınlarının əsas səbəblərindəndir.

Nazir vətəndaşları daha diqqətli olmağa çağırıb.

"Cebheinfo.az"