Niderlandın yeni Baş naziri təxribatçı səfərə hazırlaşır

Niderlandın yeni seçilmiş Baş naziri Dilan Yaşılgöz Ermənistana səfərə hazırlaşır.
Cebhe.info xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumatlar yayılıb.
Qatı türk düşməni olaraq bilinən D.Yaşılgözün ilk səfərlərindən birini İrəvana edəcəyi proqnozlaşdırılır.
Onun Ermənistanda olarkən təxribatçı açıqlamalar verəcəyi və qondarma "soyqırım abidəsi"ni ziyarət edəcəyi gözlənilir.
Erməni sosial şəbəkə hesabları iddia edir ki, Yaşılgöz səfəri zamanı Azərbaycan və Türkiyə əleyhinə açıqlamalar verəcək. Onu da əlavə edək ki, ermənilər Fransa, Hindistan və ABŞ-ın ardından Dilan Yaşılgözün Baş nazir seçilməsi ilə Niderlandın da dəstəyinə ümid edirlər.
Qeyd edək ki, Niderlandın yeni Baş naziri PKK yaraqlısı Yücel Yaşılgözün qızıdır.
O, 2018-ci ildə Niderlandda qondarma erməni soyqırımını tanıyan beş türkəsilli millət vəkilindən biri olub.
Elmir Mustafa
Cebhe.info