Norveçdən Qəzza ilə bağlı açıqlama

Norveçdən Qəzza ilə bağlı açıqlama

Norveçin Baş naziri Jonas Gahr Store İsrailin Qəzza zolağına hücumlarını bərpa etməsindən sonra vəziyyətin Qəzza xalqı üçün "böyük faciə" olduğunu deyib.

"Cebheinfo.az" xəbər verir ki, Norveçdə yayımlanan “NRK” televiziyasının xəbərinə görə, İsrailin Qəzzaya hücumlarını yenidən başlatmasından sonra Store məsələ ilə bağlı açıqlamalar verib.

Vəziyyəti Qəzza xalqı üçün "böyük faciə" kimi xarakterizə edən Store, bu insanların faktiki olaraq müdafiəsiz olduğunu və əksəriyyətinin müvəqqəti çadırlarda qaldığını bildirib.

Store beynəlxalq ictimaiyyəti müdafiə olunmayan ərazilərin bombalanmasına son qoymağa çağırıb.

Norveçin xarici işlər naziri Espen Barth Eide hadisəni “kabus”a bənzədib və atəşkəsin davam etdirilməsinə çağırıb.

Nigar Hacılı 
"Cebheinfo.az"