Paşinyanı o ölkədə sevinclə gözləyirlər: “Bütün şəxslər…”

Paşinyanı o ölkədə sevinclə gözləyirlər: “Bütün şəxslər…”

“Rusiya tərəfi ümid edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bütün dəvət olunanlar kimi dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin belə deyib. 

 “Hamı dəvət olunub və bu gün hələ dekabrın 16-dır. Dediyiniz tədbirlər isə bir az sonra gözlənilir. Ümid edirik ki, dəvət etdiyimiz bütün şəxslər, o cümlədən Nikol Paşinyan Sankt-Peterburqa gələcəklər. Ümid edirik, amma orada nə olacağını görəcəyik”.

Müşfiq Abdulla 
 “Cebheinfo.az”