Pentaqon Ukraynaya sursat tədarükünü dayandırıb

ABŞ Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemi raketləri və dəqiq idarə olunan sursatların Ukraynaya tədarükünü ehtiyatların tükənməsi səbəbindən dayandırıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, göndərişlərin dayandırılması barədə qərar ABŞ Müdafiə Nazirliyinin Siyasət üzrə Müavini Elbric Kolbi tərəfindən başlanılıb.
Qərar ABŞ-nin sursat ehtiyatlarının daxili yoxlanılmasından sonra qəbul edilib və bu yoxlama artilleriya mərmilərinin, hava hücumundan müdafiə raketlərinin və dəqiq idarə olunan sursatların ümumi sayında kəskin azalma ilə bağlı narahatlıq yaradıb.
Bildirilib ki, keçmiş ABŞ prezidenti Co Baydenin administrasiyası dövründə təsdiqlənmiş bəzi yardımların göndərilməsinin dayandırılması barədə qərar iyun ayının əvvəlində verilsə də, yalnız indi qüvvəyə minib.
Qeyd olunub ki, ABŞ Silahlı Qüvvələri “istənilən təhdidi dəf etmək üçün tam şəkildə təchiz olunub”.
Müdafiə nazirliyinin sözçüsü Şon Parnellin sözlərinə görə, “Hərbçilərimiz istənilən təhdidi dəf etmək üçün tam şəkildə təchiz olunub və Senatın yaxınlarda qəbul etdiyi Böyük Gözəl Qanun bizim silah və müdafiə sistemlərimizin müasir tələblərə uyğunlaşdırılmasını təmin edir və gələcək nəsilləri 21-ci əsrin təhdidlərindən qoruyacaqdır”.
Nigar Hacılı
"Cebheinfo.az"