Polşada təyyarə qəzaya uğrayıb: Ölən var

Polşada təlim uçuşu fəlakətin şahidi olub.
"Cebhe.info" xəbər verir ki, Polşa Hərbi Hava Qüvvələrinə məxsus “M-346” yüngül hücum təyyarəsi Lotnisko Qdynia - Kosakovo hava limanında təlim uçuşu həyata keçirərkən uçuş-enmə zolağına düşüb.
Pilot Robert Jel alovlar içində qalan təyyarədə həyatını itirib.
Qəzanın səbəbi hələ məlum olmasa da, Polşa ordusu bütün “M-346” tipli təyyarələrin uçuşlarını dayandırıb.
Polşa Silahlı Qüvvələrindən verilən açıqlamada, Dəniz Aviasiya Briqadasının 30-cu ildönümündə nümayiş keçirəcək “M-346” yüngül hücum təyyarəsinin qəzaya uğradığı təsdiqlənib və tədbir ləğv edilib.
Polşa Silahlı Qüvvələri tərəfindən yayımlanan başsağlığı mesajında qəzada həyatını itirən Robert Jelin ən təcrübəli pilotlardan biri olduğu bildirilib.
Nigar Hacılı
"Cebhe.info