Putin fərman imzaladı: 160 min nəfər orduya çağırılır

Putin fərman imzaladı: 160 min nəfər orduya çağırılır

Rusiya prezidenti Vladimir Putin orduya yaz çağırışı ilə bağlı fərman imzalayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, fərmana əsasən, Putin bu ilin aprel-iyul aylarında 160 min nəfərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

Bu ilin aprelin 1-dən iyulun 15-ə qədər yaşı 18-30 arası olan Rusiya vətəndaşları hərbi xidmətə çağırılacaqlar.

"Cebheinfo.az"