Putin Kissincerin xanımına başsağlığı verdi

Putin Kissincerin xanımına başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin vəfatı ilə bağlı həyat yoldaşına başsağlığı verib.

Modern.az RİA-ya istinadən xəbər verir ki, Putin Kissincerin xanımına bununla bağlı teleqram yollayıb.

O, mərhum dövlət katibini görkəmli diplomat və müdrik dövlət xadimi adlandırıb.

“Mənim bu dərin, qeyri-adi insanla dəfələrlə şəxsən ünsiyyət qurmaq imkanım olub və onun ən xoş xatirəsini heç şübhəsiz ki, yaddaşımda saxlayacağam”, - deyə Rusiya prezidenti qeyd edib.

Cebhe.info