Qaluzin: “Rusiya əlindən gələni edir ki, Azərbaycan və Ermənistan...”
“Rusiya Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaların yerinə yetirilməsi üçün əlindən gələni edir və edəcək”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə deyib.
Qaluzin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2023-cü illərdə əldə edilmiş üçtərəfli razılaşmaların əhəmiyyətini vurğulayıb.
O, “Moskva Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin, sülh müqaviləsinin bağlanmasının, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokunun açılmasının tərəfdarı olaraq qalır.
Biz, həmçinin Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiyası və demarkasiyası, eləcə də Bakı ilə İrəvan arasında əlaqələrin yeni əsasda hərtərəfli inkişafının tərəfdarıyıq”, - deyə vurğulayıb.
Xəzər
“Cebheinfo.az”