Qazaxıstan neft hasilatını azaltmaq niyyətindədir

Qazaxıstan neft hasilatını azaltmaq niyyətindədir

Qazaxıstan neft bazarında qeyri-müəyyənliyin qarşısının alınmasına töhfə olaraq 2024-cü ilin yanvarından neft hasilatını azaltmaq niyyətindədir.

“APA-Economics”in verdiyi məlumata görə, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

"Qazaxıstan neft bazarında qeyri-müəyyənliyin və volatilliyinin qarşısının alınmasına töhfə olaraq 2024-cü ilin yanvar ayından başlayaraq neft hasilatını azaltmaq niyyətindədir. Qazaxıstan noyabrın 30-da keçirilmiş “OPEC+” ölkələrinin son iclaslarının nəticələrinə əsasən qəbul etdiyi öhdəlikləri yerinə yetirmək niyyətindədir. 2024-cü ilin birinci rübdə öhdəliklərimiz gündəlik 1,468 mln. barel təşkil edəcək”, - məlumatda qeyd olunur.

Bildirilir ki, nazirlik iri neft hasil edən şirkətlərin səhmdarları ilə neft hasilatının azaldılması ilə bağlı danışıqlara başlayıb.

“Məqbul variantlar və azalma həcmləri nəzərdən keçirilir”, - məlumatda vurğulanır.

Xatırladaq ki, Qazaxıstanda yanvar-oktyabr aylarında neft hasilatı 74,8 mln. ton təşkil edib.

"Cebhe.info"