Qəzza ilə bağlı danışıqlar dalana dirənib

Qəzza ilə bağlı danışıqlar dalana dirənib

Humanitar atəşkəsin bərpası və Qəzza zolağında radikal HƏMAS hərəkatının saxladığı girovların qaytarılması ilə bağlı rəsmi danışıqların tezliklə bərpa olunacağı ehtimalı yoxdur.

Bu barədə CNN yüksək rütbəli Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, danışıqlar dalana dirənib, rəsmilərin sözlərinə görə, yaxın gələcəkdə müzakirələrin bərpası perspektivi yoxdur. ABŞ prezidenti Co Bayden administrasiyasının da amerikalıların azad edilməsi ilə bağlı ayrıca danışıqlar apara bilməsi çətin prosesdir.

Telekanalın sözlərinə görə, HƏMAS-ın Vaşinqtona hər hansı xüsusi xidmət göstərəcəyinə inanmaq üçün heç bir əsas yoxdur.

Dekabrın 3-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib ki, hazırda atəşkəsin yenilənməsi üçün rəsmi danışıqlar aparılmır. Onun sözlərinə görə, nə İsrail, nə də HƏMAS danışıqlara qayıtmaq istəmir. Kirbi bildirib ki, Qəzza zolağında səkkiz və ya doqquz amerikalı girov qalır.

Qeyd edək ki, dekabrın 1-i səhər saatlarında İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzza zolağında hərbi əməliyyatları bərpa etdiyini açıqlayıb.

Cebhe.info