Qəzza zolağına 200 yük maşını yardım gəlib

Qəzza zolağına 200 yük maşını yardım gəlib

İsrail ilə HƏMAS arasında müvəqqəti atəşkəs çərçivəsində bazar ertəsi Qəzza zolağına yardım daşıyan 200 yük maşınının daxil olduğu bildirilib.

Cebhe.info xəbər verir ki, Misir və Qəzza zolağı arasında Rəfah sərhəd qapısının media direktoru Vail Əbu Muhsin bildirib ki, dünən 4-ü balon qaz və 3-ü yanacaq olmaqla humanitar yardım daşıyan 200 yük maşını Qəzzaya daxil olub.

Qəzzadan olan 17 yaralının müalicə üçün Misirdəki xəstəxanalara köçürüldüyünü bildirən Vail Əbu Muhsin humanitar yardımların davam edəcəyini bildirib.

Nigar Hacılı 
Cebhe.info