Qəzzada atəşkəs müddəti uzadıldı

Qəzzada atəşkəs müddəti uzadıldı

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS ilə əldə olunan atəşkəs razılaşmasının müddətinin bitməsinə 20 dəqiqədən az vaxt qalmış Qəzzada atəşkəsin uzadıldığını açıqlayıb.

Cebhe.info bu barədə xarici mediaya istinadən xəbər verir.

"Vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda və çərçivə şərtlərinə uyğun olaraq, əməliyyat fasiləsiz davam edəcək", - İDF-nin bəyanatında deyilir.

Xatırladaq ki, HƏMAS noyabrın 22-də Qətər və Misirin vasitəçiliyi ilə Qəzza zolağında dörd günlük humanitar atəşkəslə bağlı razılığın əldə edildiyini açıqlamışdı.

Atəşkəs noyabrın 24-də yerli vaxtla saat 07:00-da qüvvəyə minib. Noyabrın 27-də tərəflər eyni şərtlərlə atəşkəsin daha iki gün uzadılması və azad edilən hər israilli girov müqabilində üç fələstinli məhbusun azad edilməsi barədə razılığa gəliblər.  

Nigar Hacılı 
Cebhe.info