Qəzzada itkin düşənlərin sayı açıqlandı

Qəzza hökuməti İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına hücumlarından sonra təxminən 6500 nəfərdən xəbər alınmadığını açıqlayıb.
Cebhe.info xəbər verir ki, bu məlumatı Qəzza Media Ofisinin baş direktoru İsmail es-Sevabite Əqsa Şəhidləri Xəstəxanası qarşısında keçirdiyi mətbuat konfransında deyib.
İsrailin hədəfi nəzərə almadan hücumlarını davam etdirdiyini vurğulayan Sevabite bu gün İsrailin hücumlarında onlarla insanın öldüyünü və yaralandığını xatırladıb.
Oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda "təxminən 6500 nəfərin ya dağıntılar altında qaldığını, ya da taleyinin hələ də məlum olmadığını" bildirən Sevabite Qəzzaya edilən hücumlara görə İsraili və ABŞ administrasiyasını ittiham edib.
Nigar Hacılı
Cebhe.info