Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı

Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı

Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırılıb.

Bu barədə yerli mediada xəbər yayılıb.

Bildirilib ki, artıq həm mobil cihazlardan, həm də kompüterlərdən sosial şəbəkəyə daxil olmaq, demək olar ki, mümkün deyil.

Bundan əvvəl Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi sözügedən sosial şəbəkəni uşaqların sağlamlığına, onların intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərər vurduğu iddiası ilə xidməti bloklamağı xahiş etmişdi.

Bununla əlaqədar olaraq departament Rəqəmsal İnkişaf Nazirliyinə məktub göndərərək aprelin 18-dək ölkədə “TikTok”a girişin məhdudlaşdırılmasını tələb edib.

Qeyd edək ki, ölkədə sosial şəbəkənin bloklanması ideyası ilk dəfə 2023-cü ilin avqustunda irəli sürülüb. Lakin bu günə qədər heç bir tədbir görülməyib.

"Cebhe.info"