"Rəfah" keçid məntəqəsi ilə bağlı yeni qərar

"Rəfah" keçid məntəqəsi ilə bağlı yeni qərar

Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yerləşən "Rəfah" sərhəd-keçid məntəqəs şənbə günü açıq olacaq.

Cebhe.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalının Qəzza administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərdə bildirilib. 

Fələstinin rəsmi “WAFA” xəbər agentliyi isə Fələstin Qızıl Aypara Cəmiyyətinə istinadən xəbər verir ki, İsrail humanitar yardım daşıyan yük maşınlarının növbəti xəbərdarlığa qədər Rəfah sərhəd qapısından Qəzza zolağına daxil olmasını qadağan edib.

Bundan əvvəl “Əl Ərəbiyyə” telekanalı fələstinli bir rəsmiyə istinadən bildirmişdi ki, “Rəfah” keçid-məntəqəsi yalnız atəşkəsdən sonra yaralı və xəstələrin köçürülməsi üçün açıq olacaq.

Xatırladaq ki, dekabrın 1-i səhər saatlarında İsrail Müdafiə Qüvvələri HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzza zolağında döyüş əməliyyatlarının bərpa olunduğunu elan edib.

Nigar Hacılı 
Cebhe.info