Rumıniya Prezidenti Britaniya kralı III Çarlzla görüşüb

Rumıniya Prezidenti Britaniya kralı III Çarlzla görüşüb

Rumıniya Prezidenti Klaus İohannis Buxarestdəki iqamətgahında ölkəyə şəxsi səfərdə olan Böyük Britaniya və Şimali İrlandiyanınkralı III Çarlzı qəbul edib.

APA Prezident administrasiyasının saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Kotroçeni sarayında rəsmi qəbul mərasimi keçirilib, prezident və Kral arasında təkbətək söhbət olub. Həmçinin Britaniya monarxı Rumıniya hakimiyyətinin, vətəndaş cəmiyyətinin nümayəndələri və diplomatik korpusun nümayəndələri ilə görüşü olub.

Çarlz III Rumıniya və Rumınlara rəğbət bəslədiyini ifadə edərək, özünü evindəki kimi hiss etdiyini vurğulayıb.

Cebhe.info