Rusiya Afrikaya pulsuz taxıl göndərir

Rusiya Afrikaya pulsuz taxıl göndərir

Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Afrikanın bəzi ölkələrinə pulsuz taxıl daşınmasına başlandığını bəyan edib.

Cebhe.info bu barədə "TASS"a istinadən xəbər verir. 

“Afrikalı tərəfdaşlarımızın böyük maraq göstərdiyi Afrika qitəsinin ərzaq təhlükəsizliyinin təmin edilməsi çərçivəsində qitənin bəzi ölkələrinə Rusiya taxılının pulsuz tədarükünə başlanılıb", - deyə Mixail Boqdanov bildirib. 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin iyulun 27-də verdiyi açıqlamada Burkina-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyaya 25-50 min ton taxıl göndərəcəklərini bildirmişdi.

Nigar Hacılı 
Cebhe.info