Rusiya Ermənistanın dostu olmaq üçün ona boyun əyir 

Rusiya Ermənistanın dostu olmaq üçün ona boyun əyir 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan və Böyük Britaniya arasında hərbi əməkdaşlığın qurulmasına münasibət bildirib.

Cebhe.info-nun məlumatına görə, Peskov Ermənistanın suveren ölkə olduğunu, lazım bildiyi ölkələrlə münasibətləri inkişaf etdirdiyini vurğulayıb.

“Rusiya da onunla müttəfiqlik münasibətlərini inkişaf etdirməyə davam edəcək”, - deyə Peskov qeyd edib.

Qeyd edək ki, Londonda keçirilən altıncı ikitərəfli müdafiə strateji məsləhətləşmələrinin nəticələrinə görə, Ermənistan və Böyük Britaniya 2023-2024-cü illər üçün hərbi əməkdaşlıq proqramı imzalayıb. 

“Ermənistan suveren ölkədir və məqsədəuyğun hesab etdiyi dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirir. Bizim Ermənistanla öz münasibətlərimiz var. Təbii ki, Ermənistan dost ölkədir. Biz müttəfiqlik münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik”, - deyə Peskov bildirib.

Müşfiq Abdulla 
Cebhe.info