Rusiya neft hasilatını sutkada 500 min barel azaltmağı gələn ilin sonuna qədər uzadacaq

Rusiya neft hasilatını sutkada 500 min barel azaltmağı gələn ilin sonuna qədər uzadacaq

Rusiya könüllü neft hasilatını sutkada 500 min barel azaltmağı 2024-cü ilin dekabr ayının sonuna qədər uzadacaq, bu, 2024-cü il üçün kvotadan hesablanacaq.

“Report” xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

“Rusiya OPEC+ sazişində iştirak edən ölkələrlə razılaşaraq ehtiyat tədbiri olaraq könüllü 500,000 barel azaldılmasını 2024-cü ilin dekabr ayının sonuna qədər uzadacaq”-deyə, o bildirib.

Novak bildirib ki, Rusiya artıq neft hasilatını sutkada 500 min barel azaltmaq səviyyəsindədir.

Cebhe.info