Rusiya və Türkmənistan xarici işlər nazirləri görüşüb 

Rusiya və Türkmənistan xarici işlər nazirləri görüşüb 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkmənistanlı həmkarı Rəşid Meredov gələcək təmasların cədvəlini və iki ölkə arasında beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Cebhe.info xəbər verir ki, tərəflər “Rusiya və Türkmənistan arasında strateji tərəfdaşlığı daha da gücləndirmək və çoxşaxəli əməkdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı əzmkarlığı” təsdiqləyiblər.

Danışıqlar Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçirilən görüşü çərçivəsində aparılıb.

Nigar Hacılı
Cebhe.info