Rusiyada abort qadağan edilir

Rusiyada abort qadağan edilir

Rusiyada özəl klinikalarda abortları qadağan etməyə hazırlaşırlar.

Müvafiq layihə artıq hazırlanır və yazda Dövlət Dumasına təqdim oluna bilər. 

Bunu “Cebhe.info” RİA “Novosti”-yə istinadən yazır.

Parlamentdəki mənbələrə istinadən məlumata görə, sənəd hazırlanır. Sənəd hamiləliyin dayandırılmasının mümkün olduğu dövrü azaltmağı təklif edir.

Bundan əvvəl Federasiya Şurasının rəhbəri Valentina Matvienko dövlətin rusiyalı qadınların abort etdirməsinə qadağa qoymayacağına söz vermişdi.

Yada salaq ki, son aylar məmurlar doğum səviyyəsinin artırılmasının zəruriliyindən açıq şəkildə danışmağa başlayıblar. Bunun fonunda Rusiyanın bəzi regionlarında, məsələn, Kursk və Lipetsk vilayətlərində, eləcə də Krımda özəl klinikalar abortdan imtina ediblər.

Xəzər
“Cebhe.info”