Samvel Karapetyan həbsdə qaldı
Rusiyalı milyarder, “Bizim yol” hərəkatının sədri Samvel Karapetyanın həbs müddəti iki ay uzadılıb.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Samvel Karapetyanın vəkili Aram Vardevanyan açıqlama verib. Qeyd edək ki, Samvel Karapetyan iyunun 18-dən həbsdədir.
O, Ermənistanda hakimiyyəti ələ keçirməyə və konstitusiya quruluşunu devirməyə çağırışlarda ittiham olunur.
Müşfiq Abdulla
“Cebheinfo.az”

