Şarl Mişel “etnik təmizləmə” ifadəsindən çəkindi
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə cəhdi kimi qələmə verməkdən çəkinib.
Cebhe.info “Euronews”a istinadla xəbər verir ki, o, telekanal müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından danışıb.
Aİ lideri bildirib ki, “sülh hər iki tərəfin öhdəliklərini müəyyən edə biləcək danışıqlar tələb edəcək”.
Onun sözlərinə görə, erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır.
Şarl Mişel qeyd edib ki, Qarabağı tərk edən erməni sakinlərin böyük bir hissəsi hazırda Ermənistandadır və buna görə də Aİ bu ölkəyə humanitar yardım çatdırmalıdır.
Cebhe.info