SEPAH hicaba nəzarət üçün yeni xidmət yaratdı

SEPAH hicaba nəzarət üçün yeni xidmət yaratdı

İranda qadınlar üçün sərt geyim qaydalarına riayət etmək üçün yeni hüquq-mühafizə strukturu yaradılıb.

“Cebhe.info” xəbər verir ki, yeni strukturun yaradılmasını Tehrandakı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Həsən Həsənzadə elan edib.

SEPAH rəhbərlərindən birinin dediyinə görə, bu xidmətin əməkdaşları qadınların ictimai yerlərdə hicab geyinməsini daha məsuliyyətlə təmin etmək üçün xüsusi təlim keçiblər.

“Azadlıq” radiosunun İran xidməti “Radio Fərda”nın verdiyi xəbərə görə, bu elan İran hakimiyyətinin son günlər əxlaq yoxlanışlarını gücləndirdiyinə dair xəbərlərin ardınca verilib.

İranda 2022-ci ilin sentyabrında əxlaq polisi tərəfindən düzgün hicab geyinmədiyi üçün saxlanılan tələbə Məhsa Əmininin həbsdə ölməsindən sonra ölkədə kütləvi küçə etirazları başlayıb. Etirazlar bir neçə ay davam etdi və onilliklər ərzində İranın mühafizəkar rəhbərliyinə qarşı ən ciddi çağırışlardan birinə çevrildi. Toqquşmalarda yüzlərlə insan həlak olub, minlərlə insan həbs edilib, bir neçə etirazçı edam edilib.

Bəzi nisbətən mötədil İran parlamentariləri  regionda hərbi qarşıdurma ilə bağlı gərginlik də daxil olmaqla, mövcud şəraitdə daha sərt rejimə ehtiyac olduğunu şübhə altına alıblar. Bununla belə, İran Daxili İşlər Nazirliyinin rəhbərliyi geyim koduna riayət etmək üçün yeni tədbirləri və son reydləri dəstəkləyib və bütün bunların qanun çərçivəsində edildiyini vurğulayıb.

Xəzər
“Cebhe.info”