Separatçı bölgələrdən qaynar xəttə 2 min zəng daxil olub

Separatçı bölgələrdən qaynar xəttə 2 min zəng daxil olub

2023-cü ildə Gürcüstanın işğal olunmuş ərazilərində insidentlərə cavab vermək üçün qaynar xətt təxminən 2 min dəfə aktivləşdirilib.

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, statistikanı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti parlamentə təqdim etdiyi illik hesabatında təqdim edib.

Bu, Abxaziyada 374 dəfə, Sxinvali vilayətində (Cənubi Osetiya) 1585 dəfə qeydə alınıb. Ən çox söhbət yerli sakinlərin Rusiya hərbçiləri tərəfindən saxlanılmasından gedir.

Qeyd olunub ki, xəbərdarlıq qaynar xətti Avropa İttifaqının monitorinq missiyası vasitəsilə fəaliyyət göstərir.

"Cebhe.info"