Xameneyidən kitab satıcısına Azərbaycan dili ilə bağlı irad - VİDEO

Xameneyidən kitab satıcısına Azərbaycan dili ilə bağlı irad - VİDEO

İranın ali lideri Əli Xameneyi Təbrizdə yerli kitab satıcısına Azərbaycan dilindən düzgün istifadə edilməməsinə görə irad tutub.

"Cebhe.info" “haqqin.az”a istinadən xəbər verir ki, hadisə Təbrizdə baş verib. 

Sosial şəbəkələrdə yayılan görüntülərdən Xameneyinin bir kitaba baxış keçirdiyini görmək mümkündür. Bu zaman “mən” sözünün “men” yazıldığını görən İranın ali lideri deyib: “Burada “mən” olmalıdır. Bütün Təbriz “mən" deyir, burada isə “men” yazılıb". 

Kitab satıcısı isə vəziyyəti fars dilinin fonetikasının xüsusiyyətləri ilə izah etməyə çalışsa da, daha sonradan Xameneyi ilə razılaşıb.

"Cebhe.info"