Sərhədi keçən əsgər deportasiya ediləcək

Şimali Koreya iyulda tur zamanı Cənubi Koreya sərhədindən qaçan ABŞ əsgəri Travis Kinqi deportasiya edəcəyini açıqlayıb.
Cebhe.info xəbər verir ki, bu barədə dövlət xəbər agentliyi "KNCA" məlumat yayıb.
Pxenyan Kinqin “qanunsuz” şəkildə ölkəyə girişi ilə bağlı araşdırmanı başa vurduqdan sonra onu deportasiya edəcək. Kinqin necə, nə vaxt və hara göndəriləcəyi və səhhətinin necə olduğu bildirilməyib.
"KCNA"-nın məlumatına görə, 23 yaşlı gənc ABŞ ordusunda qeyri-insani rəftar, irqçilik və qeyri-bərabər rəftar səbəbindən qeyri-qanuni yolla Şimali Koreyaya keçdiyini etiraf edib.
Deportasiya xəbəri Kinqin sərhəddi keçməsindən bu yana ondan alınan ilk xəbərdir.
Nigar Hacılı
Cebhe.info