Səsvermə yaşı 16-ya endirilə bilər

Çexiyada səsvermə yaşının 16-ya endirilməsi təklif olunub.
Cebhe.info xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel deyib.
O, səsvermə hüququnun 18-dən 16-ya endirilməsinin lazım olduğunu söyləyib:
“16 və 17 yaşındakı vətəndaşların səs vermələrinin hər hansısa bir təhlükəsizlik riski yaratmayacağını düşünürəm. Seçicilərin yaşının 18-dən 16-ya endirilməsinin tərəfdarıyam. Hazırda bəzi ölkələrdə belədir. Yeni bir şey icad etmək lazım deyil, amma bundan ilham ala bilərik”.
Qeyd edək ki, Almaniya, Brazilya, Avstrya, Malta və Estoniya kimi ölkələrdə 16 yaşlı vətəndaşların səsvermə hüquqları var. Çexiyada da uzun müddətdir seçici yaşının 16-ya endirilməsi təklif olunur. Bunun seçici aktivliyinin artıracağı fikirləri səsləndirilir.
Elmir Mustafa
Cebhe.info