Şimali Koreyadan ABŞ-a təhdid

Şimali Koreyadan ABŞ-a təhdid

Pxenyan öz peyklərinin işinə istənilən müdaxiləni müharibə elanı kimi qiymətləndirəcək.

Cebhe.info  xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bu barədə məlumat yayıb.

Bildirilir ki, KXDR ABŞ-ın onun kosmik fəaliyyətinə istənilən müdaxiləsinə Amerika kəşfiyyat peyklərinin effektivliyini azaltmaqla və ya tamamilə aradan qaldırmaqla cavab verəcək.

Xatırladaq ki, noyabrda Şimali Koreya hərbi müşahidə peyki “Mulligen-1”i orbitə uğurla çıxarıb. Pxenyan kosmosun tədqiqi ilə bağlı qanuni hüququndan istifadə etdiyini bildirib. 

Yunis Abdullayev
Cebhe.info